Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib. Rayon administrasiyası, ictimaiyyət nümayəndələrinin iştirak etditi tədbirdə çıxış edənlər müstəqil dövlətimizin qurtuluş tarixindən, Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açıblar. Vurğulanıb ki, Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində düşdüyü iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. Sonra Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatına yeni üzv olan bir sıra şəxslərə üzvlük vəsiqələri təqdim edilib. Tədbir bədii hissə ilə davam edib.