Şəkidə fərdi yaşayış evində yanğın olub. Rayonun Aran kəndində, kənd sakini Qədim Kabulova məxsus, sahəsi 140 kv/m olan birmərtəbəli kürsülü 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Evin yanar konstruksiyaları əşyalarla birlikdə və evə bitişik tikilmiş ümumi sahəsi 180 kv/m olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib.Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.