Şənbə, 03 İyun 2023 17:17

Azərbaycanda ilk dəfə Hava Şarı Festivalı

Azərbaycanda ilk dəfə olaraq Hava Şarları Festivalı keçiriləcək. Hər il dünyanın müxtəlif ölkələrində keçirilən bu möhtəşəm festival iyunun 17-18-də Şamaxıda baş tutacaq. Şamaxı şəhərində baş tutacaq tədbirin ilk günü - iyunun 17-də layihənin iştirakçılar üçün təqdimatı keçiriləcək. Hava şarları, uçuş barədə məlumat veriləcək, əyləncə proqramı olacaq. İyunun 18-də isə Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanmış hava şarları qalxacaq. Uçuş Şamaxının tarixi və müasir mənzərəli yerlərini əhatə edəcək. Hava şarlarını beynəlxalq sertifikatlı pilotlar idarə edəcək. Festival turistlər üçün yeni, yerli əhali üçün isə tanış məkanları yüksəklikdən görmək, heyrətamiz peyzajdan zövq almaq üçün unikal imkandır. İştirakçılar Şamaxının əsrarəngiz mənzərəsini quş uçuşu hündürlüyündən izləyə biləcəklər. Qeyd edək ki, hava şarları festivalları Avstraliyanın Kanberra, Böyük Britaniyanın Bristol, İsveçrənin Şato-Do, İspaniyanın İgualada, Kanadanın Kvebek, Nyu Meksikonın Albukerke, Rusiyanın Velikiye Luki, Türkiyənin Kapadokiya və digər şəhərlərdə keçirilir. Ənənəvi keçirilməsi nəzərdə tutulan Hava Şarları Festivalının birinci ilinə giriş dəvətnamə ilə olacaq. Festivalın sonunda iştirakçılara uçuşdan xatirə olaraq sertifikatlar veriləcək.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S