Cümə, 02 İyun 2023 17:27

Gənc atalar və ata olmağa hazırlaşan gənclərlə görüş

Balakən Rayon Gənclər evində Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru layihəsi çərçivəsində gənc atalar və ata olmağa hazırlaşan gənclərlə görüş keşirilib. Layihənin əsas məqsədi Gənc ataları və ata olmağa hazırlaşan şəxsləri övladlarının inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə oturuşmuş gender-əsaslı stereotipik davranış normalarının dəyişdirilməsinə töhfə verməkdən ibarətdir. Layihə müddətində gender bərabərliyinin təmin olunmasında ataların rolu, gənc ata və ata olmağa hazırlaşan şəxslərin maarifləndirilməsi ilə gender əsaslı cins seçimi və digər zərərli təcrübələrlə mübarizə, məsuliyyətli atalığın düzgün aşılanmasını təmin etmək üçün təlim metodologiyalarının hazırlanması üzrə bilik, bacarıq və məlumatlılığının artırılması məqsədilə seminarlar keçiriləcək. 5 həftə olmaqla ümumilikdə altı ay davam edəcək. Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində BMT-nin Əhali Fondu , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Maarifçilər Assosiasiyası tərəfindən icra olunur.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S