İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci kilometrində yolun hərəkət hissəsinə tökülən qaya parçaları səbəbindən Lahıc kəndi ilə nəqliyyat əlaqəsi kəsilib. Səhər saatlarından sözügedən yolun açılması üçün əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Yolun hərəkət hissəsinə tökülən qaya parçaları və lil qatı təmizlənib. Hazırda yol hər iki istiqamətə açıqdır. Bundan əlavə, rayonun elektrik və qaz təchizatına ziyan dəyib. Eelektrik enerjisinin verilişində fasilələr yaranıb. Təbii fəlakət rayonun Aşıqbayram kənd tam orta məktəbinin dam örtüyünün uçmasına da səbəb olub. Şəhərin elektrik enerjisi, rabitə və qaz təchizatı tam təmin edilib. Küçə və prospektlərə aşan ağaclar təmizlənib. Təbii fəlakət nəticəsində rayona dəymiş ziyan fövqəladə hallar komissiyası tərəfindən hesablanır.