1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəki Qarışıq Tipli Uşaq evində Müdafiə nazirliyinin təşəbbüsü ilə ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Azərbaycan ərazisində yerləşən N saylı hərbi hissənin zabit heyyəti, uşaq evinin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirdə doğum günü olan azyaşlı və digər uşaqlar təbrik edilib və hədiyyələr verilib. Tədbirin təşkilatçıları mütəmadi olaraq uşaq evlərində bu cür aksiyalar keçirdiklərini bildiriblər. Görüşdə uşaq evində təhsil alan şagirdlər öz rəqs nümunələriylə qonaqları şənləndiriblər. Tədbirdə iştirak edən klounlar uşaqları güldürüb və əyləndiriblər. Ardınca isə səhnəyə kəndirbazlar çıxıb. Kəndir üzərində bir birindən maraqlı fəndlər edən kəndirbazlar izləyənlərin böyük marağına səbəb olub. Tədbir musiqi nömrələri və rəqslərlə davam edib.