\"1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü\" münasibətilə Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bəxtiyar Vahabzadə adına istirahət və mədəniyyət parkında, “Hər birimiz bir çiçək” adlı açıq havada konsert təşkil edilib. Konsertdə məktəblilər müxtəlif rəqslər, musiqi nümunələri və vətənpərvərlik mövzusunda xor ifa ediblər. Sonda onu nəzərinizə çatdıraq ki, bütün demokratik dövlətlərdə olduğu kimi Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Belə ki, ölkəmizdə uşaqları sağlam, hərtərəfli, vətənə layiq övlad kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.