Şamaxıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. Şamaxı Rayon İcra Hakimiyyətinin və Pedaqoji Universitetin Şamaxı filialının birgə təşkilatçılığı ilə keçirilən təbir “Ulu öndərin irsi milli sərvətimizdir” mövzusunda olub. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin, Pedaqoji Universitetin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Şamaxı rayonuna tarixi səfərlərindən ibarət foto-sərgiyə baxış keçiriblər. Ardınca tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətləri barədə danışıblar. Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub. Sonda isə Pedaqoji Universitetin hazırladığı konsert proqramı iştirakçılarına təqdim edilib.