Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbin 125 illik yubileyinə hər olunmuş ədəbi-bədii gecə keçirilib. Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə rayon rəsmiləri, millət vəkili, təhsil ictimaiyyyəti, qazilər, təhsil ocağının məzunları və digər qonaqlar iştirak ediblər. Əvvəlcə məktəbin 125 illiyinə həsr olunmuş foto-stendllər və şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanışlıq olub. Ardınca keçirilən tədbirdə çıxış edənlər təhsil ocağının yaranma tarixi, keçdiyi yol və qazandığı uğurlar barədə danışıblar. Təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğu, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirildiyi xüsusi vurğulanıb. Sonra məktəbin tarixini və keçdiyi yolu əks etdirən videoçarx nümayiş etdirilib. Yubiley tədbiri şagirdlərin ifasında maraqlı konsert proqramı, ədəbi-bədii kompozisiyalarla davam edib. Sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində uzun illər səmərəli pedaqoji fəaliyyətinə görə məktəbin direktoru Büllur Abdulsəlimli, eləcə də də bir qrup müəllim və təhsildə fərqlənən şagirdlərə Şəki Şəhər İcra Hakimiyyətinin və Regional Təhsil İdarəsinin fəxri fərman və hədiyyələri təqdim olunub. #kanals#xəbər#məktəb