Cümə, 26 May 2023 16:59

Kənd tibb məntəqələri niyə dərdlərə əlac olmur?

Şəkinin Zunud kənd sakinini ilan vurması ilə bağlı məlumat vermişdik. Həmin sakinin vəziyyəti hazırda ağır olaraq qalır. Ailəsi iddia edir ki, zərdab anında vurulsaydı vəziyyət bu həddə çatmazdı. Bu iddia elə bu sahədəki boşluqları da gündəmə gətirir. Kəndlərdə tibb məntəqələri niyə var ?! Adi bir zərdabı, vaksini vurmaq ixtiyarında deyillərsə bu məntəqələr niyə fəaliyyət göstərir? Baxımsız, əksəriyyəti qəzalı vəziyyətdə olan bu cür məntəqələrin fəaliyyəti ilə bağlı niyə tədbirlər görülmür? Sujeti izləyək, görək cavab tapa biləcəyikmi? Kəndlərdə yaşayan insanlar, xüsusilə də şəhər mərkəzindən kilometrlərlə uzaqda yerləşən kəndlərin sakinləri ilkin tibbi yardım üçün tibb məntəqələrində dərman tapmaq problemi ilə qarşılaşırlar. Daha böyük problem isə məntəqələrdə ilan zəhərinə və ya hər hansı heyvan hücumuna qarşı zərdab, vaksinin olmamasıdır. Hansı ki, bu hadisələr kəndlərdə vaxtaşırı yaşanır. Nəticədə hər hansı heyvan hücumuna məruz qalan şəxs məcbur olub rayon mərkəzindəki xəstəxanaya aparılır. Əgər kənd mərkəzdən uzaqdırsa vay o xəstənin halına... Məntəqələrdə dərman preparatlarının tapılmaması bir tərəfə, əksəriyyət kəndlərdə tibb mətəqələri 21-ci əsrin səhiyyəsi ilə müqayisə edildikdə xeyli geridə qalır. Qəzalı vəziyyətdə, ciddi təmirə ehtiyacı olan binalara xəstələr müraciət edərkən öz canından ikiqat ehtiyyat edir. Daha bir problem isə nəzarət olmadığından məntəqələrdə işçilərin tapılmamasıdır. Elə Zunud kəndində olduğu kimi... Məsələ ilə bağlı TƏBİB-dən isə bildirildi ki, ... Beləliklə, TƏBİB rəsmisinin açıqlamasına inansaq, deməli tibb məntəqələri yetərincə tibbi avadanlıqlarla, preparatlarla təmin olunub və fəaliyyətləri də normaldır. Ancaq bizim gördüklərimiz, sakinlərin və hətta tibb məntəqələrində çalışanların dedikləri isə bütün bunlarla üst-üstə düşmür. Hər halda söhbət insan həyatından gedirsə bu sahədə yaranan boşluqlar ciddi nəzarətə götürülməlidir #kanals#xəbər#təbib#tibb

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S