Zaqatalada baş verə biləcək sel və daşqınların qarşısını almaq məqsədi ilə işlərə başlanılıb. Ən çox sel sularına məruz qalan ərazilərdə bu il hər hansı bir təhlükə gözlənilməsə də, rayonun yerləşdiyi mürəkkəb relyefə görə hələ görüləcək işlər yetərincədir. Bəzən sakinlərin çay yataqlarına çox yaxın ərazilərdə tikinti və bağ salmaları onların təsərrüfatı üçün təhlükə yaratmaqla yanaşı, həm də çay yataqlarının təmizlənməsi, bənd tikintisi zamanı çətinliklər yaradır. Həmçinin havaların yağmurlu keçdiyi bu ərəfədə baş verə biləcək hər hansı bir sel təhlükəsinin qarşısını vaxtında almaq məqsədi ilə İdarə gücləndirilmiş iş rejiminə keçib, təhlükə gözlənilən ərazilərdə texnika hazır vəziyyətdə saxlanılır.