Şəki Penitensiar Müəssisəsində Ədliyyə nazirliyinin və Şəki Regional Ədliyyə İdarəsinin rəsmilərinin iştirakı ilə əfv olunmuş məhkumlara sənədləri təqdim edilib. Bildirilib ki, Şəki Penitensiar Müəssisəsi üzrə 23 məhkuma əfv sərəncamı şamil olunub. Onlardan 8-i cəzalarını tam bitirmədən azadlığa buraxılıb, geri qalan 15 nəfərin isə cəzalarında endirimlər edilib. Məhkumlara əfv olduqlarını təsdiqləyən sənədləri təqdim edildikdən sonra azadlığa buraxılıblar. Qeyd edək ki, sərəncama əsasən 801 məhkum əfv olunub. Onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan azad edilib.