Cümə, 05 May 2023 18:00

Üzüm tinglərinin istehsalı idxaldan asılılığı aradan qaldıracaq…

Azərbaycanın bütün bölgələri Abşeron bölgəsi istisna olmaqla filloksera ilə sirayətlənmiş zonalar hesab edilir və bu ərazilərdə öz kökü üstə bitən tinglərdən sənaye xarakterli üzümlüklərin salınması olduqca təhlükəlidir. Ona görə üzümlüklər fillokseraya davamlı calaq üzüm tinglərindən salınmalıdır. Çox təəssüf ki, respublikada da iri sənaye üzüm bağlarının salınması məqsədilə belə tinglər xaricdən- İtaliya, Fransa, Almaniya, Türkiyə, Serbiya, Gürcüstan, Moldovadan gətirilərək əkilir. Xaricdən alınan hər bir calaq-tingin dəyərinin 4-5 manat olduğunu nəzərə alsaq, milyonlarla manat valyuta xaricə axır. Qeyd edək ki, xaricdən gətirilən tinglər olduqca baha başa gəlməklə yanaşı, çox vaxt virus xəstəliklərinin daşıyıcısı olan xarici əkin materialı yerli sortların həmin xəstəliklərə yoluxmasına təhlükə yaradır, yerli sortların qorunmasına və milli brendlərin istehsalına mənfi təsir göstərir. Şamaxı Üzüm Tingçilik Mərkəzində istehsal olunan tinglər bioloji, fitosanitar baxımdan təmiz və fillokseraya davamlı olmaqla, fermer və istehsalçıların marağına və müasir təlabatlarına uyğun olaraq əsasən yerli və xarici üzüm - süfrə, texniki, o cümlədən kişmişi üzüm sortlarından ibarət olacaq. İstehsal edilən əkin materialı yerli şəraitə uyğun yetişdirildiyindən və xarici tinglərdən ucuz başa gəldiyindən fermerlərin iqtisadi maraqları ilə uzlaşır. Həmçinin karantin xəstəlikləri olan xarici tinglərin ölkəmizə idxalının azalması nəticəsində üzümlüklərin fitosanitar vəziyyəti yüksələcək, uzunömürlülüyü artacaq, yerli və introduksiya olunmuş üzüm sortlarının əkin balansı tənzimlənəcək, yerli genofondun itmə təhlükəsi aradan qalxacaq. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S