Zərər ən çox rayonun Dağ Göylər,Dağ Bağırlı,Nüydü və Ovçulu kəndlərində qeydə aınıb. Axşam saatlarında başlayan güclü yağış və dolu 4 saata yaxın davam edib. Bağırlı kəndində sakinlərinə məxsus bəzi fərdi yaşayış evlərinə ciddi ziyan dəyib evləri, tövlələri su basıb. Həyətyanı sahələrin hasarları uçub. Sel təsərufatlara da ziyan vurub. Bağlarda meyvə ağacaları, əkin sahələri su altında qalıb.Güclü yağış səbəbindən yollar yararsız hala düşüb, avtomobillər yolda qalıb. Kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Şamaxının Dağ Göylər kənd sakini Toğrul Salahova məxsus yaşayış evinin tavanı çöküb, ev əşyalarla bilrikdə suyun içində qalıb. Sel suları Şamaxının Göylər kəndinin avtomobil yolunda qəzaya səbəb olub. Axşam saatlarında yağan güclü yağış yol kənarında olan çay daşlarını yuyaraq asvalt örtüyünün üzərinə töküb. Bu da səhər saatlarında yoldan xəbərsiz olan sürücünün qəza törətməsinə səbəb olub. Hadisə nəticəsində 5 nəfər ağır xəsrarət alıb. Hazırda rayon dəyən zərərin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Bu gün günorta saatlarında isə İsmayıllı şəhərinə və qonşu kəndlərə güclü küləklə müşaiyət olunan dolu yağın. Təxminən 5 dəqiqə yağan dolu əkin sahələrinə, meyvə bağlarına, evlərin dam örtüyünə ziyan vurub, rayona elektrik enerjisinin verilişində fasilə yaranıb. Külək bir neçə ağacı aşırıb, bəzi tikililərin dam örtüyünü qoparıb, elektrik naqilləri və rabitə xətləri qırılıb. Hazırda leysan yağışı davam edir. İmişlidə də şimşək və yağışla başlayan təbiət hadisəsi rayonun bir neçə kəndində doluya çevrilib. Rayonun Otuziki, Çahar, Gövhərli, Qaradonlu, Qaralar və digər kəndlərinə düşən dolu 30-35 dəqiqəyə qədər davam edib. Təbiət hadisəsi zamanı fəsad və ziyan qeydə alınmayıb.