Bu gün səhər saatlarında, Şəkinin Füzuli parkında kişi meyiti tapılıb. İlkin araşdırma zamanı meyiti tapılan şəxsin Şəki şəhər sakini 52 yaşlı Azər Mustafayev olduğu müəyyən edilib. Spirtli içki aludəçisi olan Azər Mustafayevin ölümünün dəqiq səbəbini öyrənmək üçün meyit, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.