Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş \"Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir\" adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər vurğulayıb ki, Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət, ümummili lider Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən siyasətçi kimi dəfələrlə söylədiyi “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” kəlamı dünyanın müxtəlif guşələrində yaşayan hər bir azərbaycanlının böyük iftixar və vüqarla səsləndirdiyi şüardır. Heydər Əliyevin dövlətçilik ideyaları, yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır. Bu isə bir daha təsdiqləyir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Müstəqil Azərbaycan günbəgün tərəqqi edir, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilir. Bizim isə əsas vəzifəmiz bu müstəqilliyi qoruyub saxlamaq və onu daha da möhkəmləndirməkdir. #kanals#xəbər#şamaxı