Xüsusən günün qaranlıq vaxtlarında mal-qaranın nəzarətsiz qalması, heyvanların magistral yollardan kortəbii şəkildə keçirilməsi yol-nəqliyyat hadisələrinə səbəb olur. Digər tərəfdən, küçə və parklardakı yaşıllıqlara ziyan vuran səllim mal-qara şəhərin abadlığına da öz mənfi təsirini göstərir. Problemlə əlaqədar DİN-in əməkdaşı bildirdi ki, səllim mal-qaranın yollara nəzarətsiz buraxılması hallarının azalması məqsədilə mütəmadi olaraq, mal sahibləriylə görüş keçirilir və onlar daim maarifləndirilir, ancaq qəza zamanı qaçıb gizlənən mal-qara sahibləri də az deyil. Həmçinin inzibati xətalar məcəlləsinin 290-cı maddəsinə əsasən isə ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə heyvan sahibləri 200 manat məbləğində cərimə olunurlar.