Çərşənbə, 26 Aprel 2023 07:56

Muxax çayı, yoxsa Böyükçay?

130 minə yaxın əhalinin yaşadığı Zaqatala ərazisindən 7 çay axır. Əsas çaylar Qanıx, Katex, Tala, Muxax çayları olmaqla, Qanıx çayı hövzəsinə aiddir. Uzunluğu 56 kilometr olan Muxax çayı Qanıx çayından sonra rayon ərazisindən axan ən uzun çaydır. Adını isə rayonun ən böyük kəndlərindən olan, 10 minə yaxın əhalinin yaşadığı Muxax kəndindən alıb. Bir neçə il öncə bu çayın adını bildirən “ Muxax çayı “ lövhəsi “Böyükçay” olaraq dəyişdirilib. Çayın adının dəyişdirilməsi isə yerli sakinlərin narazılığına səbəb olub. Onlar əsassız dəyişdirilən çay adının geri qaytarılmasını istəyirlər. Azərbaycan ensiklopediyası və Azərbaycan toponimləri kitablarında da çayın adı Muxax çay kimi qeyd edilib. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ettdik. Qurumdan bildirildi ki, hər hansı bir ərazidə müəyyən təmir- bərpa işləri görüldükdən sonra müvafiq adların yazıldığı lövhələrin vurulması təsdiqlənmiş siyahı əsasında həyata keçirilir. Qeyd edək ki, ölkə ərazisində hər hansı toponimin dəyişdirilməsi üçün Milli Məclisin qərarı olmalıdır. Ümid edirik ki, sakinlərin bu narazılığı tezliklə öz həllini tapacaq.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S