Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Dövlət Sosial Müdafiə Fondu pensiya və sosial müavinət alan şəxslər arasında II Respublika Şahmat Turnirinə start verib. Turnirin növbəti seçmə mərhələsi Şəkidə baş tutub. Şəki-Qax-Zaqatala regionu üzrə yarışda iştirak etmək üçün 70-ə yaxın pensiyaçı qeydiyyatdan keçib. Yarışın ən yaşlı iştirakçısı 82 yaşlı Niyazi Yusifov olub. Maraqlı və gərgin mübarizə şəraitində, İsveçrə sistemi üzrə keçirilən yarışın 1 saylı Şəki-Zaqatala Regional Filialı üzrə qalibi 67 yaşlı təqaüdçü Oqtay Həmidov olub. Seçim mərhələsində uğur qazanan iştirakçılar yarımfinal və finalda iştirak edəcəklər. Qeyd edək ki, turnirdə yarışmaq üçün DSMF-nin yaşı 50-dən yuxarı olan 1500-ə yaxın benefisiarı qeydiyyatdan keçib.