Bazar, 16 Aprel 2023 13:45

Ramazanda və Ramazandan sonra düzgün qidalanma…

Oruc tutmaq üçün ən vacib şərtlərdən biri də, insanın sağlam olmasıdır. Oruc tutduğumuz zaman daxili orqanlar istirahət etdiyindən, sağlam insan üçün bu həm də tibbi baxımdan olduqca faydalıdır. Lakin, hamilə qadınların, uşaq əmizdirən anaların, azyaşlıların və ankoloji, diabetik, hipertonik, mədə bağırsaq xəstələrinin gün ərzində ac və susuz qalaraq oruc tutması əks göstəriş sayılır. Oruc tutulan zaman iftar və imsaq zamanı qida rassionuna xüsusi diqqət edilməlidir. Ağır və çoxlu qida qəbul etmək gün ərzində boş olan orqanları həddindən artıq yüklədiyindən, çox zərərlidir. Bol maye, yüngül və sulu qidalar, meyvə və tərəvəzlər ən ideal qidalar sayılır. Humanizm və bərabərlik dini sayılan İslamda oruc tutmaq təkcə ac qalmaqdan ibarət deyil. Oruc tutan hər bir insan həmdə nəfsini və səbrini tərbiyələndirir. Paylaşmaq, yardımlaşmaq ayı sayılan Ramazan ayında ehtiyac sahibləri üçün iftar vermək, ay sonunda isə ailədə hər fərd üçün ayrılıqda müəyyən edilmiş məbləğdə fitrə sədəqəsi çıxarmaq vacib və savab əməllərdən sayılır. Artıq Ramazan ayının sonuna yaxınlaşırıq. Mütəxəssislər oruc tutan insanlara Ramazandan sonrakı mərhələdə də düzgün qidalanmağı məsləhət görür. Orqanizmin su ehtiyacı artdığından bol su içilməli, qəbul edilən qidaların qan şəkərini normada saxlamasına diqqət edilməldir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S