2 min əhalisi olan Bucaq kəndinə bir neçə il öncə su xətləri çəkilib və bir müddət kənd içməli suyla təmin edilib. Ancaq sakinlərin sevinci uzun çəkməyib. Suyu görüb aydınlığa çıxdıqlarını düşünən sakinlər, qısa zaman sonra yenidən quraqlığa qərq olublar. Qarşıdan gələn isti yay ayları sakinləri daha da çox narahat edir. Məsələ ilə bağlı \"Azərsu\" ASC-dən isə bildirildi ki, problemin həlli istiqamətində yaxın zamanlarda işlərə başlanılacaq. Odur ki, Bucaq kənd sakinləri bir müddət daha suyu gəlməyən su xətlərinə baxmalı və onlara verilən vədlərin yerinə yetirilməsini gözləməli olacaqlar.