Baş Prokurorluğun təşkilatçılığı ilə bu gün Zaqatalada “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı işgüzar konfrans keçirilib.Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.Daha sonra “Zəfər Kompleksi”ni ziyarət edən iştirakçılar, şəhidlərin əziz xatirəsini yad ediblər. Bölgəni təmsil edən mediya nümayəndələri və QHT nümyəndələri üçün təşkil edilən tanışlıq turu çərçivəsində,iştirakçılar Zaqatala rayon Prokurorluğununun inzibati binası, burada yaradılan şərait, həmçinin Prokurorluğun xidməti avtomobili ilə yaxından tanış olublar. Daha sonra rayon rəhbərliyi və aidiyyati qurum rəsmiləri Heydər Əliyev mərkəzinin muzey hissəsində, ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olublar.Konfrans şəklində davam edən tədbirə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Erkin Əlixanov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Zəfərin ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsi olduğunu qeyd edib. Konfransda həmçinin fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verilən dəyər, Ulu öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsindən danışılıb. İşgüzar tədbirin Zaqatala şəhərində təşkilindən məmnunluğunu ifadə edilib. Tədbirdə nümayiş edilən “Heydər Əliyev və 44 günlük Zəfər yolu” sənədli filmi iştirakçılar tərəfindən maraqla izlənilib. Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.