Şəkidə Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan partiyası Şəki rayon təşkilatının yaranmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Mərasimdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və partiya fəalları iştirak ediblər. Partiyanın Şəki üzrə sədri çıxış edərək Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq insanları birləşdirən Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini bildirib, qazanılan uğurlarda partiyanın sədri, Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Yeni Azərbaycan Partiyasının siyasi qüvvə olaraq ölkəmizdə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getdiyini, daim Azərbaycan siyasi sisteminə yeniliklər gətirdiyini bildirib. Digər çıxış edənlər də Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, təşkilat üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Çərşənbə axşamı, 07 Mart 2023 18:33