“Mingəçevir” futbol klubunu daşıyan avtobus bu gün İsmayıllıda qəzaya düşüb. Hadisə Birinci Divizionun 20-ci turu çərçivəsində futbol komandası “Şamaxı-2” ilə səfər oyununa gedərkən baş verib.
Hadisə İsmayıllı-Şamaxı avtomobil yolunun Basqal qəsəbəsindən keçən hissəsində baş verib. Avtobusun sürücüsü Anar Qafarov sərt döngədə idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi qarşıdan gələn yük maşını ilə toqquşub.
Hadisə yerində yük maşınının sürücüsü, 74 yaşlı Əflatun Məmmədov və komandanın idman direktoru 55 yaşlı Zaur Qarayev ağır bədən xəsarətləri alıb. Klub rəsmisinin vəziyyəti ağır olduğu üçün Şamaxı Mərkəzi Xəstəxanasından Bakıya göndərilib. TƏBİB yaralıların vəziyyəti ilə bağlı məlumat yayıb. Qeyd edək ki, “Mingəçevir” futbol komandası “Şamaxı” ilə səfər oyununa gedərkən yolda qəzaya düşüb. Görüş təxirə salınıb.
Çərşənbə axşamı, 07 Mart 2023 17:14