Ötən gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 29 şəhər və rayonda keçirilən imtahan üçün ümumilikdə 211 bina və 3741 zalı ayrılıb. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması “Azneft” İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.
İmtahanlarda 50 min 498 şagirdin iştirakı nəzərdə tutulurdu. Həmçinin 20 nəfər fiziki məhdudiyyətli abituriyent də iştirak edib. İlkin məlumatlara əsasən, 6 şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılacaq. Eyni zamanda imtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan şagirdlər də olub. Bu gündən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. Nəticələrinsə yaxın bir ay ərzində elan olunması nəzərdə tutulur. Əməkdaşlarımız imtahan prosesini Şəki və Bərdədə izləyiblər.
Bazar ertəsi, 06 Mart 2023 17:08