Təhsil Nazirliyinin 6-ci Qrand müsabiqəsinin qalibi olan Şəki şəhər 17 saylı tam orta məktəbin “Dəyərlərimizlə müasirləşək” adlı layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə məktəbin şagird və müəllim kollektivi ilə yanaşı, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Məlumat verilib ki, 4 ay ərzində davam edən layihə çərçivəsində məktəblilərə milli dəyərlərimiz olan xalçaçılıq və oymaçılıq sənətinin incəlikləri öyrədilib. Layihədə məqsəd xalq sənətimizi tanıtmaq, eyni zamanda əl işi ilə fərqlənən şagirdləri üzə çıxarmaq olub. Təlimlərdə 20 şagird iştirak edib və mərasimdə gənc iştirakçıların əl işləri nümayiş olunub. Məktəblilər gələn qonaqlara ədəbi-bədii kompozisiyalar təqdim ediblər.
Cümə, 03 Mart 2023 16:54