Yanğın hadisəsi gecə saat 03:53-də rayonun Vərəzət kəndində, kənd sakini Neymət Məmmədəli oğlu Həbilova məxsus, ümumi sahəsi 200 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Cümə axşamı, 02 Mart 2023 16:47