Rayon sakini Ramil Babayev idarə etdiyi “Opel” markalı avtomobillə şəhərin küçə və prospektlərində davamlı olaraq qaydaları kobud şəkildə pozub. Avtoxuliqanlıq hərəkətləri edib. Yol Patrul Xidmətinin əməkdaşları onu saxlayaraq şöbəyə gətiriblər. Ramil Babayev barəsində protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati həbs olunub. Sürücülük hüququ isə 1 il müddətinə məhdudlaşdırılıb.