Çərşənbə axşamı, 28 Fevral 2023 19:18

Bu gün od çərşənbəsidir…

Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. El arasında od çərşənbəsinə “Üzgü çərşənbə”, “Addı çərşənbə” , “ocaq çərşənbəsi” də deyirlər. İsmayıllıda od çərşənbəsi özünəməxsus şəkildə qeyd edilir.

Novruz bayramı və onun tərkib hissəsi olan ilaxır çərşənbələrinin bir əsrarəngizliyi də ondadır ki, bu zaman insan özünü təbiətlə bir sırada qoyur, özünü təbiətin bir parçası kimi görür və onunla eyniləşdirir. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır.  Müxtəlif xörəklər bişirilməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. İnsanların inancına görə,süfrənin bollu, bərəkətli olması, ilin şirin və sevinc dolu keçməsinə səbəb olur. Beləliklə, Novruz və ondan əvvəl keçirilən çərşənbələr Azərbaycan xalqının həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür. Od çərşənbəniz mübarək, ocağınız daima nurlu olsun!

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S