Şəkinin iri kəndllərindən biri olan Baş Göynük kəndi 10 ilə yaxındır ki, qazlaşsa da 60-dan artıq ailə bu prosesdən kənarda qalıb. Və onların qaz həsrəti illərdir bitmək bilmir. Qazsız keçən hər günə görə yaşıllıqları məhv etmək məcburiyyətində qalırlar, maddi cəhətdən də ziyana düşürlər. Qazın çəkilməsi ilə bağlı dəfələrlə aiddiyyatı qurumlara müraciətlər etdiklərini bildirən sakinlər verilən vədlərə əməl olunmadığından gileylənirlər. Azəriqazdan məsələ ilə bağlı bildirilib ki, mövcud vəziyyətdən xəbərdardırlar. Qeyd edək ki, ümumilikdə Şəkinin qazlaşma səviyyəsi 92%dir. Və bu il daha 2 yaşayış massivinin qazlaşması nəzərdə tutulur.