Zaqatalada “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Dövlət Agentliyi”nin dəstəyi ilə "MƏDİNƏ" Humanitar Yardım Təşkilatı ictimai birliyinin təşkilatçılığı, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, "FENCİNG" İdman Klubu və "DİFAİ" Futbol Klubunun iştirakı ilə "Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması layihəsi" çərçivəsində rayonunun müharibə iştirakçıları ilə görüş keçirilib. Görüşün əsas məqsədi müharibə iştirakçılarının yer aldığı komandaların yaradılmasıdır. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ulu Öndər" Kuboku yarışının keçirilməsi və 2023/2024-cü il mövsümündə Region liqası yarışlarına qatılmasıdır. Rayonu təmsil edəcək bu komanda qalib olduğu halda gələcəkdə daha yüksək turnirlərdə iştirak edə biləcək. Müharibə itirakçılarından ibarət futbol komandasının bir ilk olduğunu da tədbir iştirakçıları vurğulayıb.