Su və ya palçığın yolda piyadalara qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır. Lakin əksər sürücülərin bundan xəbəri yoxdur. Bu cür hərəkətlərə yol verən sürücülər barəsində hər bir vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Belə olan təqdirdə həmin sürücü barəsində protokol tədbiq edilərək cərimə yazılacaq. Əlbəttə asfalt örtüyü yararsız olan yollar Şəkidə az deyil. Bu yollarda analoji halların baş verməsi bəzən qaçılmaz olur. Ancaq hər bir sürücü sükan arxasında ilk olaraq öz mədəniyyətini və peşəkarlığını göstərir. Unutmayaq ki, yol özü də bir mədəniyyətdir. Çalışaq öz mədəniyyətimizi daim qoruyaq.