Şəkinin Yeni Göynük kənd ümumi orta məktəbində də Beynəlxalq Ana dili günü münasibəti ilə tədbir keçirilib. Çıxış edənlər ana dilinin milli kimliyin əsasını təşkil etdiyini və mentalitetin, azərbaycan təfəkkürünün ötürülməsində əhəmiyyətindən danışıblar. Xatırladılıb ki, ana dilini düzgün bilmək, dilin qayda və qanunlarına riayət etmək hər bir vətəndaşın borcudur. Rəsmi hissədən sonra şagirdlərin ana dili mövzusu ilə bağlı hazırladıqları müxtəlif səhnəciklər nümayiş etdirilib, şeirlər səsləndirilib.