Şəhidlərimizin unudulmaması, onların gələcək nəsillərə tanıdılması məqsədilə məktəblərdə xatirə tədbirləri davam etdirilir. Şəki rayon Baş Göynük kənd 1 saylı orta məktəbində də şəhid Mayor Xəyal Məmmədovun xatirəsi yad edilib. Tədbirdə şəhidin keçdiyi şərəfli döyüş yolundan və göstərdiyi igidlikdən danışılıb. Onun həyatının yetişməkdə olan gənc nəslə nümunə olduğu vurğulanıb. Tədbirin bədii hissəsində şəhid Mayor Xəyal Məmmədovun adını daşıyan sinfin şagirdləri vətənpərvər ruhda şeirlər, mahnılar ifa edib, səhnəciklər göstəriblər.