Şamaxıda evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb. Polis əməkdaşları rayon sakini Zamir İmanovu elə “iş başında” yaxalayıb. Onun bu ilin yanvar və fevral aylarında 4 evdən dəyəri 1600 manatdan artıq olan-mobil telefonlar, fotoaparat, planşet, televizor avadanlıqları və digər əşyaları oğurladığı bilinib. Bundan başqa o, ifadəsində yaşayış olmayan daha 40-a yaxın mənzili soyduğunu da deyib. Oğurladıqlarını isə yaşadığı evin tövləsində gizlədib. Zamir İmanov tutularaq istintaqa təhvil verilib.