İsmayıllıda mağazalardan birinin kassasından soyğunçuluq yolu ilə 300 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş Ruslan Məmmədov tutularaq istintaqa təqdim olunub. Saxlanılan şəxsin yaşadığı evdə odlu silah gizlətdiyi də məlum olub. Həmin ünvana baxış keçirilərkən oradan lüləsi və qundağı kəsilmiş tüfəng aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, Ruslan Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.