Şənbə, 04 Fevral 2023 17:27

29 ildir xəstəliklə savaşan Aydan bacarıqlarıyla hamını heyran edir

İndi təqdim edəcəyimiz sujetdə, fiziki məhdudiyyətli olmasına baxmayaraq, bacarıqları əngəl tanımayan bir xanımı görəcəksiniz. Əslində belə insanların heç də hamısı öz qabiliyyətlərini üzə çıxarmaq və inkişaf etdirmək imkanı əldə edə bilmirlər. Bəziləri illərlə istedad və bacarıqlarını daxildə saxlamağa məcbur olur. Ancaq Aydan Hacıbəyli bu baxımdan həm güclü, həm də şanslıdır. Çünki ata-anası da onun bacarıqlarının üzə çıxarılmasında və inkişafında daim dəstək olurlar. Bu şeirin müəllifi olan Aydan Hacıbəyli doğuş zamanı aldığı zədədən sonra sağlamlığını itirib. Uşaq serebral iflicindən əziyyət çəkən 29 yaşlı xanım hələ kiçik yaşlarından öz bacarıqlarını inkişaf etdirib. Şeir yazmaqla yanaşı, həm də rəsmlər çəkir, hörgü və parça üzərində toxuma sənəti ilə məşğul olur. İlk vaxtlar çətinlik çəksə də, indi öz işinin öhdəsindən ustalıqla gəlir. Onun bu yolda uğur qazanması üçün valideynləri də dəstəyini əsirgəmir. Fiziki məhdudiyyətli olmasına baxmayaraq, istedadına, qabiliyyətinə arxalanan bu xanım əsl sənətkar kimi yaşayır, yaradır, istedadını nümayiş etdirir. Rayon daxilində, həmçinin respublikada keçirilən sərgilərdə böyük qürurla iştirak edir. İndi Aydanın ən böyük arzusu öz şeirlərini kitab halında çap etdirməkdir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S