Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral-Gənclər Günü ərəfəsində şimal-qərb bölgəsinin ümumtəhsil müəssisələrində çalışan bir qrup gənc müəllimlə görüş keçirilib. Tədbirə Gənc Müəllimlər Assosiasiyasının , Regional Təhsil İdarəsinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəsmiləri də qatılıb. Son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyindən bəhs edilib. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyi vurğulanıb. Görüşdə gənc müəllimlər arasında qarşılıqlı əlaqələrin formalaşması istiqamətində fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib. Gənclər Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər. Sonda ədəbi-bədii kompozisiya nümayiş olunub.