Balakəndə yanğın olub. Rayonun Gərəkli kənd sakini Rauf İsmayılova məxsus mal tövləsində baş verən yanğın zamanı ev sahibinə xeyli ziyan dəyib. Yanğın nəticəsində 50 kvadrat metr sahə və tövlənin içərisindəki 300 cücə, qurudulmuş xurma və otbağlamaları yanıb. Ev sahibinin dediyinə görə, ona ümumilikdə 2 000 manata qədər ziyan dəyib.Hadisə yerinə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Ümumi sahəsi 90 kvadrat metr olan tövlənin qalan hissəsi və həyətdəki ev yanğından mühafizə olunub.Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.