Qaxda avtomobil dirəyə çırpılıb, bir nəfər dünyasını dəyişib. Hadisə Qax-Qıpçaq avtomobil yolunun rayonun Kötüklü kəndi ərazisindən keçən hissəsində baş verib.Qax rayon sakinin idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə dəyib. Qəza zamanı avtomobildə olan iki nəfər - rayonun Qarabulaq kənd sakini 24 yaşlı Şəmsəddin Kərimov və 21 yaşlı Nihad Süleymanzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan Şəmsəddin Kərimovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Nihad Süleymnazadənin xəsarətləri yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.