Şəkinin Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə Zərifə Əliyeva küçələrinin kəsişməsindəki yol sürücülərin kabusuna çevrilib. Ərazidə yol nişanları olmasına baxmayaraq demək olar qəzalar qaçılmaz olur. Elə yeni ilin ilk həftəsi ərazidə iki mikroavtobusun iştirakı ilə baş vermiş qəzaları misal göstərmək olar. Xoşbəxtlikdən ölüm olmasa da, bu iki küçənin kəsişməsində xırda qəzalar da adi hala çevrilib. Məsələ ilə bağlı Şəki ŞRPŞ-dən bildirildi ki, Daşqaya adlanan həmin ərazidə qanuna uyğun bütün tələblər yerinə yetirilib. Lakin sürücülər yol nişanlarının tələblərinə əməl etmir və nəticədə qəzalar qaçılmaz olur.