Şəkidə 42 yaşlı kişi özünü tüfənglə vuraraq öldürüb. Bu gün günorta saatlarında Oxud kəndi ərazisində kənd sakini Cumay Salamovun tüfəngdən açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya aparılarkən yolda ölməsi barədə polis şöbəsinə məlumat daxil olub. İlkin araşdırmanın nəticələrinə əsasən, Cumay Salamov qardaşının idarə etdiyi “UAZ” markalı avtomobildə sərnişin qismində olarkən üzərindəki ov tüfəngi ilə ehtiyyatsız davranıb və silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən vəfat edib. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.