Şəkidə ilk dəfə olaraq səsli işıqfor quraşdırılıb. Bu qurğu həm görmə məhdudiyyətli piyadalar, həm yol hərəkət qaydalarını tam bilməyən balacalar həm də fikirli halda yolu keçmək istəyənlər üçün xatırlatma edir. İşıqfor avtomobillərin hərəkəti zamanı “Gözləyin”, piyadaların hərəkəti zamanı isə “Keçin” komandaları verir. Nəticədə həm təhlükəsizliyi artırır, həm də piyadaların həyatını xilas etməyə köməklik göstərir. Danışan işıqforlar siqnal ixtisaslaşdırılmış layihə istehsalat birliyinin 4 saylı Regional İstismar sahəsinin əməkdaşları tərəfindən Heydər Əliyev prospektində quraşdırılıb. Qurumdan bildirilib ki, qurğular hər iqlim şəraitinə davamlıdır və mütəmadi olaraq texniki nəzarəti həyata keçiriləcək. Bununla yanaşı, hazırda bir küçədə quraşdırılan qurğunun qısa zaman ərzində diğər küçələrdə də quraşdırılacağı bildirilib. Şəhər sakinləri də səsli işıqforun çox maraqlı və xeyirli olduğunu deyirlər.