Bayram tətilinin son günü səhər saatlarından etibarən avtovağzallarda sıxlıq müşahidə edilib. İşini ehtiyatlı tutanlar biletləri əvvəlcədən alıblar. Bayramı Şimal-Qərb istiqamətində qeyd etmək üçün gedənlərin bir qismi geri gəlmək üçün İsmayıllı avtovağzalına üz tutub. Daşımalar isə iri tutumlu avtobuslarla yanaşı, mikroavtobuslarla da həyata keçirilirdi. Sərnişin sayındakı artıma baxmayaraq qiymətlərdə bahalaşma müşahidə olunmurdu. Sərnişinlərin sayının kəskin artması avtovağzal rəhbərliklərini əlavə tədbirlər görməyə vadar edib. Digər günlərlə müqayisədə tətilin son günündə avtovağzalda xeyli sıxlıq müşahidə ediləcəyi pranozlaşdırıldığından artıq müəyyən istiqamətlərdə xəttlərə əlavə avtobuslar buraxılıb.