Hadisə səhər saatlarında Zaqatala şəhəri Cavad xan küçəsindəki fərdi yaşayış evində baş verib. 42 yaşlı Əminə Qardaşova yaşadığı ünvanda dəm qazından boğularaq ölüb. Onun cəsədini həyat yoldaşı vanna otağında cansız halda aşkarlayıb. İlkin ehtimala görə, Əminə Qardaşova dəm qazından boğularaq ölüb. Ölümün dəqiq səbəbini öyrənmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, Əminə Qardaşova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışırdı. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.