Bakı şəhərində 24-25 dekabr tarixlərində keçirilən Azərbaycan Kapoeyra Federasiyasının yaranmasının 15 illiyinə həsr olunan Kapoeyra üzrə Respublika birinciliyi və çempionatından Şəkili idmançılar uğurla dönüb.
200-ə yaxın idmançının mübarizə apardığı yarışda idmançılar arasında şəhid övladları, valideyn himayəsindən məhrum olmuş uşaqlar, Azərbaycanda yaşayan və BMT-nın sığınacağında məskunlaşmış Qaçqınlar, Ukrayna müharibəsinin qaçqınları da iştirak ediblər.
Turnirdə iştirak edən məşqçi Murad Məmmədlinin rəhbərlik etdiyi Şəki komandası 2 qızıl, 1 bürünc medal alıb. Belə ki, 10-12 yaş qrupunda Özgür İsazadə 1-ci yerə, Uğur Hidayətli 3-cü yerə, 7-9 yaş qrupunda isə Ömər Əhmədov 1-ci yerə laiq görülüblər.
Bazar ertəsi, 02 Yanvar 2023 16:09