Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vİ qrant müsabiqəsi qalibi olan “Yenilənən məktəb modelləri üçün müəllimin aktiv öyrənmə strategiyası “adlı layihənin Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində əyani təlimlərinə start verilib. Layihənin təlimlərinə Şamaxı rayonu üzrə 42 müəllim cəlb olunub. Təlimçilər Türkiyənin MEF Universiteti ilə ADPU nun müəllimləri dəvət olunub. İlk olaraq layihə müdavimlərinə Mef universitetinin professor müəllim heyəti onlayn olaraq 12 təlim veriblər. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri Sabir qəsəbə tam orta məktəbinə dəvət edilərək əyani olaraq 4 modul üzrə aparılan təlimlərə başlayıblar. Qeyd olunub ki, bu tip təlimlərin region müəllimləri üçün davamlı aparılması müəllim fəaliyyətini daha da aktivləşdirir, şagirdlərin daha səmərəli və sərbəst öyrənməsini təmin edir. Qeyd edək ki,təlimi ugurla bitirən müəllimlər sertifikatla təltif olunacaq.