Şəkidə Milli Karate federasiyasının "Şuşa ili"nə həsr olunan açıq birinciliyi baş tutub. Yarışda Şəki rayonundan olan 6 yaşdan 17 yaşadək olan 55 nəfər gənc karateçi fəxri yerlər uğrunda mübarizə aparıb. Bildirilib ki, birincilikdə fərqlənən idmançılar gələn ay Bakıda keçirələcək "20 Yanvar" şəhidlərinin xatirəsinə həsr olunan karate üzrə beynəlxalq turnirdə Şəki karate yığma komandasının tərkibində iştirak etmək hüququ qazanacaqlar. Yarışın sonunda fəxri yerlərə laiq görülən idmançılar və onların məşqçiləri medallar, diplomlarla təltif ediliblər.