Şəkinin Qoxmuq kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlardan biri olan Taleh Daşdəmirovun anım tədbiri təşkil edilib. Tədbirdə şəhidin yaxınları, kənd sakinləri, döyüş yoldaşları və icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Talehin qorxmazlığından igidliyindən, qayğıkeşliyindən danışıblar. Vətən müharibəsinə könüllü yollanan Taleh döyüşlərdə cəsarəti, şücaəti ilə fərqlənib, döyüş yoldaşlarının rəğbətini qazanıb. Müharibə zamanı anasına zəng edərək "Şuşanı azad etməyə gedirəm" deyən Taleh arzusuna çatır. Şuşada gedən qızğın döyüşlərdə iştirak edərək, noyabrın 8-də şəhadətə yüksəlir, uzun müddət nəşi tapılmır. Taleh Daşdəmirov 25 dekabrda ata-baba yurdunda torpağa tapşırılıb.