Rəsmlərini Qobustan qayalarında,özlərini isə cizgi filmlərində gördüyümüz Qafqaz Zubrlarını indi real həyatda da görmək mümkündür. Bunun üçün isə Şahdağ Milli parkına üz tutmaq kifayətdir. Şahdağ Milli parkı həm Azərbaycan, həm də Cənubi Qafqazda ən böyük milli parkdır. Ölkənin 6 inzibati rayonunun ərazisində yerləşir. Budur, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizə, gətirilən zubrlar. Şimali Qafqazda sonuncu zubr XX əsrin əvvəllərində öldürülsə də , Cənubi Qafqazda isə onların nəsli daha əvvəl kəsilib. Zubrlar vaxtilə Avrasiyada çox geniş yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli kəsilmək üzrə olub. Qafqaz zubrı kimi tarixdə iz buraxan bu heyvanlar iqlim dəyişdikcə ovçu hücümlarına məruz qaldıqdan sonra bölgənin nadir heyvanına çevrilib. Şahdağ Milli Parkının İsmayıllı bölməsi üzrə sahə müfəttişi bildirir ki, reintroduksiya layihələri Azərbaycanda 2010-cu ildən fəaliyyətə başlasa da zubrların gətirilməsinin tarixi çox da uzağa getmir. Sinxron-titr Şahdağ Milli Parkının İsmayıllı bölməsi üzrə sahə müfəttişi Rafayıl Musayev “2019-cu ilə qədər layihə çərçivəsində onların adaptasiyası üçün valyerlərin tikilməsi və digər infrastrukturun hazır olması istiqamətində hazırlıq işləri getmişdir. 2019-cu ildən artıq zubrlar ölkə ərazimizə gətirilməyə başladı. İlk olaraq 2019-cu ilin may ayında səkkiz baş bir və dörd baş bir olmaqla cəmi 12 baş zubr gətirilmişdir və gətirilib onların Şahdağ Milli Parkının İsmayıllı bölməsində onlar üçün nəzərdə tutulmuş adaptasiya ərazisinə buraxılmışdır. Adaptasiya ərazisində zubrların qalma müddəti təxmini üç ay nəzərdə tutulur. Üç ayda mərhələli şəkildə adaptasiya ərazisində üç ay müddətində mərhələli şəkildə qalırlar. Üç aydan sonra zubrlar artıq onlar üçün nəzərdə tutulmuş 300 hektar daha böyük əraziyə buraxılır.Adaptasiyasını uğurla keçdikdən sonra Milli Parkın İsmayıllı bölməsi üzrə açıq əraziyə buraxılır. Hazırda parkın İsmayıllı bölməsi üzrə açıq ərazisində adaptasiya dövrünü tamamlayan 14 baş zubr var. Daha 17 zubr isə 300 hektar ərazidə adaptasiya mərhələsini keçir. Noyabrın 23-də yeni gətirilən 10 baş zubr da var ki, onlar hələ valyerlərdə - nəzarət altında saxlanılır. Normal adaptasiya dövrü keçirən bu canlılar yemləmə ilə də təmin olunur. 2019-cu ildən bu günə qədər 8 baş artım olduğuna diqqət çəkən Şahdağ Milli Parkı İsmayıllı bölməsinin rəsmisi deyir ki, Milli Parkın ərazisində ayı, canavar və digər yırtıcı heyvanlar da var, amma onlar zubrlar üçün real təhlükə sayılmır. Bizonlarla Zubrların fərqinə gəlincə isə... sinxron-titr Şahdağ Milli Parkı İsmayıllı bölməsinin direktor müavini Cəlil Rzazadə “onlar adətən sürü halında gəzirlər, ona görə də onların vəhşi heyvanların müdafiə sistemi deyir ki, tam sürü halında gəzdikləri üçün ona uyğundur və vəhşi heyvanlar onlara hücum edə bilmirlər. adətən sürüdə daha yaşlı erkək fərdlər, dişi fərdlər, sürünün bu barədə elə bil ki, daha doğrusu bilən, yəni baş aparan, onları ərazidə və yaxud da digər yerlərdə əsas sürünün baş aparan yaşlı fərdlər və yaşlı erkək fərdlər və yaşlı dişi fərdlər sürü özü birgə formada həmin vəhşi heyvanların müdaxiləsindən Birlikdə qorunur. zubr və bizonlar ümumi fərqli heyvan növləridir. Onların ölçülərində də çox böyük fərqlər var. Həm onların bədən quruluşların da ölçülərində də fərqliliklər var. Bizdəki adətən zubrdu. Yəni bizonlar ümumiyyətlə, Azərbaycanın təbiətinə xas olmayan bir heyvan növüdür, bu regionda heç vaxt yaşamayıb. Amma zubrlar tarixən bu regionlarda yaşayıb, amma nəsli kəsilib. Təkrardan, yəni Azərbaycan təbiətinə qaytarmaqdan ötrü bu layihəni reallaşdırırıq. Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur. Şahdağ Milli Parkının isə qapıları turistlərin üzünə açıqdır. Bu maraqlı canlıları görmək istəyənlər Buynuz kəndindən keçməklə parkın İsmayıllı bölməsinə yaxınlaşa bilərlər. Müharibə iştirakçıları, məktəbli və müəllimlərə parka giriş pulsuzdur. Xatırladaq ki,ümumi ərazisi 130 508 hektar olan Şahdağ Milli Parkının 44 min hektarı İsmayıllı bölməsinin payına düşür.